Video 15:12 03.07.2019

Fərhad Poladovun qardaşı: "Onun elə sevgilisi olmayıb” (VİDEO)

Avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançı Fərhad Poladovun qardaşı Kamran Poladov açıqlama yayıb. 

Qaynarinfo xəbər verir ki, o, instaqram səhifəsində video paylaşaraq özünü mərhum idmançının sevgilisi kimi təqdim edən Ülkər Abbaslı barədə danışıb. 

Kamran ağlayaraq video çəkib paylaşan xanımın Fərhadla əlaqəsinin olmadığını bildirib: "Ülkər Abbaslı kimdir? Mənim qardaşımın o adlı sevgilisi olmayıb. Bunu bilənlər bilir. Hamı bilir ki, qardaşım necə mərd, qeyrətli oğlandır. Ülkər hara, mənim qardaşım hara… Biz dəstək olanlara minnətdarıq, çox sağ olun”.