Sağlamlıq 18:49 29.07.2020

Fermalarda təxminən 40 min quş öldürüldü – Quş qripi qayıdır?

Filippində yüksək patogenli quş qripi aşkar edildiyinə görə, fermalarda 38,7 mindən çox quş öldürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı İnkişaf Nazirliyi rəsmi veb saytında məlumat yayıb.

Məlumata görə, baş verən hadisə Filippin bazarlarına ət tədarük edən Pampanqa əyalətindəki bir toyuq fermasında aşkarlanıb.

İnfeksiyanın səbəbi hələ müəyyənləşdirilməyib. Mütəxəssislər bölgədə köçəri quşların olmasına işarə edir və virusların yayılmasını onlarla əlaqələndirirlər.
 
Alpər