Ölkə 20:33 06.10.2017

FETÖ-nün Azərbaycan imamı həbs edildi

 Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan üzrə təmsilçisini həbs edib.

"Qaynarino" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib.  

Türkiyə ərazisinə daxil olarkən saxlanılan F.Y. Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinə təhvil verilib

Qaynarinfo.Az