Dünya 14:31 06.11.2013

Fətullah Gülən gəlirlərini açıqladı

Türkiyədə "Nurçu" təriqətinin rəhbəri kimi tanınan Fətullah Gülən gəlirlərini açıqlayıb.

Qaynar.info
xəbər verir ki, Fətullah Gülən adını daşıyan internet saytında qazancından ödədiyi kirayə haqqına qədər bəzi açıqlamalar verib.

Yeganə gəlirinin müəlliflik hüququndan gəldiyini deyən Gülən bildirib ki, onun kitabları Allahın mülkidir: "Mənim kitabım mənə aid deyil ki, Allahın mülkidir. Bəziləri hədiyyə edilmiş, bəzilərini də almışam. Bunların da pullarını mən verirəm. Müəlliflik hüququndan başqa gəlirim yoxdur".

Bir nəfərin "Buraya da kirayə haqqı ödəyirsiniz" sualına Gülən belə cavab verib: "Bəli ödəyirəm. Həm mən qalıram, həm də siz qalırsız. Necə qalacaqsınız vəqf evində? Onun üçün 5500 dollar ödəyirəm".

Qaynar.info