Ölkə 21:02 16.04.2018

Fəxrəddin Manafovdan xəbər var

Almaniyaya müayinə üçün getmiş xalq artisti Fəxrəddin Manafov tezliklə Azərbaycana dönəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə İstiPress-ə aktyorun çalışdığı Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər.

"Fəxrəddin Manafov Almaniyaya müayinəyə gedib. Onurğasında bəzi problem var, nə səviyyədədir, yəqin ki, müayinə zamanı müəyyən edilib. Bizə özü zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib. Həm də bildirib ki, bir-iki günə gələcək”,- deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, Fəxrəddin Manafov Almaniyaya təxminən bir həftə qabaq gedib.

Fəxrəddin Manafov 2016-cı ildən Rus Dram Teatrında çalışır, teatrda baş rolda oynadığı son tamaşası "Mərasim" böyük uğur qazanıb.