Ölkə 21:10 22.01.2018

Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırıldı

"Beynəlxalq Bank”ın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin vəkilləri cəzalandırılıb. 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, noyabrın 22-də saat 18:00-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin toplantısı keçirilib.

Rəyasət Heyəti üzvlərinin qərarı ilə C. Hacıyevin vəkillərindən biri Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik müddətə dayandırılıb. Sabiq bankirin digər vəkili Aqil Layıcova isə töhmət verilib.

Onlar müvəkkillərinin müsahibəsini mətbuata çıxarmaqda ittiham ediliblər. Hər iki vəkil toplantıda iştirak etməyib.

Qeyd edək ki, C.Hacıyev mənimsəmədə təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.