Texnologiya 22:43 19.11.2021

Feysbuk, instaqram və votsapda nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və votsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən instaqram və feysbukun işindəki problemlərdən narazılıq edir. Almaniyada vatsap və instaqram, Niderlandda vatsap, Böyük Britaniyada isə instagramın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, instaqramda daha çox xəbər lentində, feysbukda saytın işində, votsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.