Texnologiya 19:33 26.03.2018

Feysbukla bağlı növbəti oğurluq iddiası

Milyonlarla istifadəçisi olan Feysbuk haqqında növbəti oğurluq iddiası ortaya atılıb.

"Qafqazinfo” "trthaber”ə istinadən xəbər verir ki, Feysbukun mobil tətbiqlər vasitəsilə Android istifadəçilərinə aid SMS və zəng tarixi məlumatlarını oğurladığı ortaya çıxıb.

Belə ki, Ars Technica internet saytı çox sayda istifadəçinin Feysbukda yüklədikləri fayllar vasitəsilə şəxsi məlumatlarının oğurlandığını açıqlayıb.

Şirkət yaranan məsələ ilə bağlı bunları söyləyib:

"Telefonunuzdakı proqram və xidmətlərin ən vacib xüsusiyyəti sizin doğru insanlarla əlaqə qurmağınıza kömək etməkdir. Əgər bir proqramı telefonunuza yükləyirsinizsə, demək məlumatlarınıza daxil olmağa icazə verirsiniz”.

Qeyd edək ki, Android əməliyyat sisteminin istehsalçısı olan Google son zamanlarda telefonlara daxil olmaq üçün mobil tətbiqlər üçün girişi daha da asanlaşdırıb.