Ölkə 10:30 13.07.2019

FHN ağırçəkili şəxsin həkimə çatdırılmasına yardım etdi

Bakıda ağırçəkili şəxsin evdən çıxarılmasına yardım edilib.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.