İdman 15:22 20.06.2019

FIFA "DÇ-2022"ni Qətərdən alır

2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçirilməyə bilər.

Qaynarinfo xəbər verir ki, FIFA mundialı Qətərdən almağı planlaşdırır. Buna səbəb dünya çempionatının ev sahibi seçimi ilə bağlı korrupsiya qalmaqalının və müxtəlif rüşvət söz-söhbətinin yaranmasıdı.

FIFA-nın artıq "DÇ-2022"yə ev sahibliyi etməyə hazır olan ölkənin axtarışı üçün gizli görüşlər keçirdiyi iddia olunub. 

Xatırladaq ki, Qətər istisna olmaqla, 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə ABŞ, Cənubi Koreya, Yaponiya və Avstraliya namizəd idi. Bu günlərdə UEFA-nın sabiq prezidenti Mişel Platini "DÇ-2022"nin Qətərə verilməsi üçün rüşvət aldığı iddiası ilə ifadə vermişdi.