İdman 18:38 08.11.2013

FİFA Tovuzdakı stadiona ulduz verdi

Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.

Tovuz şəhər stadionunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən quraşdırılan süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA-nın FIFA-ya etdiyi müraciət cavablandırılıb.AFFA-nın verdiyi xəbərə görə, FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.

Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır. Qeyd edək ki, Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb

Qaynar.info