Dünya 11:06 23.04.2019

Filippində növbəti güclü zəlzələ

Filippində 6,3 bal gücündə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, yeraltı təkan Tutubiqan ərazisinin 13 km məsafəsində müşahidə edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün Luzon adasında baş verən 6,1 bal gücündə zəlzələ 15 nəfərin həyatına son qoyub. Dağıntılar altında hələ 20 nəfərin qaldığı bildirilir.

Gülşən