Fin alimlər bir analizlə ömrün uzunluğunu öyrənməyin yolunu tapdı

Fin alimlər bir analizlə ömrün uzunluğunu öyrənməyin yolunu tapdı

Bağırsaq mikroflorasının tərkibini analiz edərək on ildən artıq bir müddətdə insan ölümü riskini proqnozlaşdırmaq mümkündür.

 

Qaynarinfo xəbər verir ki, bu haqda "NewAtlas” yazıb. Bu nəticəyə Finlandiya Turku Universitetinin mütəxəssisləri gəlib.

Alimlər 2002-ci ildə götürülmüş nəcis nümunələrini analiz edib və biomaterialı götürülənlərin 15 illik müşahidəsinin yekun məlumatlarını da araşdırıblar. Mütəxəssislər enterobakteriyaların ailəsindən olan mikroblar ilə qastroenteroloji və tənəffüs səbəblərindən ölüm riskinin artması arasında dəqiq bir əlaqə müəyyən ediblər. Başqa sözlə, bağırsaqda zərərli bakteriyaların olması və miqdarı həyat keyfiyyətinə və müddətinə təsir göstərir.

Həkimlər bunun mikrobiotanın tərkibi ilə uzunömürlülük arasındakı əlaqəni göstərən ilk iş olduğunu qeyd edirlər.


Alimlər qeyd edir ki, tədqiqatda istifadə olunan məlumatlar ilk dəfə insan bağırsaq mikrobiotasının sağlamlığına uzunmüddətli təsirlərini əhali səviyyəsində öyrənməyə imkan verir. Bununla birlikdə, alimlər insan ömrü ilə bağırsaq bakteriyası arasındakı əlaqəni qəti şəkildə qurmaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.

 

Alpər

X
XƏBƏRLƏR
BLOGLAR