Ölkə 19:09 12.06.2019

Fin körfəzində boğulan azərbaycanlı tələbənin meyiti tapıldı

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Fin körfəzində batan azərbaycanlı tələbənin meyitini tapıblar.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, FHN-in ilkin məlumatına görə, mərhum azərbaycanlıdır. O, Vasilievski adasında üzmək məqsədilə suya girib və boğulub.