Xəbər lenti

Final qarşılaşmasından sonra- QALMAQAL
İdman 00:00 29.05.2013

Final qarşılaşmasından sonra- QALMAQAL

«Neftçi»nin idman direktoru Güloğlan Cabbarov «Xəzər Lənkəran»ın məşqçisi Aleksis Plazanı vurub

Mayın 28-də futbol üzrə Azərbaycan Kubokunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında final matçı keçirilib. APA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun penalti seriyasında 5:3 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb.

“Lent.az”ın verdiyi məlumata görə, oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq, olayın qarşısını almağa çalışıb. Hətta polislə yanaşı, Peşəkar Futbol Liqasının rəhbərliyi də insidentin böyüməsinə imkan verməməyə çalışıb. Məlumata əsasən, «Neftçi»nin idman direktoru Güloğlan Cabbarov «Xəzər Lənkəran»ın məşqçisi Aleksis Plazanı vurub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->