Ekonomiks 13:38 16.07.2013

Fırça ilə şəkil çəkə bilən robot - VİDEO

Konstanz Universitetində işləyən alman mütəxəssislərdən ibarət qrupun hazırladığı "e-David" adlı robot digərlərindən fərqli olaraq şəkil çəkə bilir.

 Robot şəkil çəkmək üçün boya sıçradan və ona oxşar alətlərdən istifadə etmir. "e-David" robotu şəkli fırçanın köməkliyi ilə yaradır.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, digər qurğulardan fərqli olaraq, sözügedən robot onun yaddaşına verilmiş şəklin surətini yaratmır. O, gördüyünü çəkir.

Robot beş müxtəlif fırça növündən istifadə edir. Ona 24 rəngdə boya əlçatandır.

Qaynar.info


e-David Robot Painting from eDavid on Vimeo.