Video 10:41 21.12.2017

Firmadan işçilərə şok cəza: bir-birlərini sillələməyə məcbur etdilər (VİDEO)

Çinin "Nanchang Jinhuayuan Meiye" kosmetika firması yeni il münasibətilə təşkil olunan mərasimdə işçilərini qeyri-adi şəkildə cəzalandırıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, şirkət rəhbərliyi illik planı yerinə yetirə bilməyən işçilərini səhnəyə çıxararaq işini itirmək istəməyənlərdən bir-birlərini sillələməyi tələb edib. Bu şərti qəbul edən gənc qadınlar da yüzlərlə iş yoldaşlarının gözləri önündə diz çökərək rəhbərlik "dur" deyənə qədər bir-birlərini sillələyiblər.

Firmadan verilən açıqlamada bildirilib ki, bu tip cəza üsulları komanda ruhunu gücləndirir.