Foto 14:53 07.05.2019

Firuz Mustafa “Yaradıcı yazı”nın “Birpərdəli dərs”ində (FOTO)

Bir neçə gün əvvəl "Payız meşəsində vals” pyesi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi "Birpərdəli pyeslər” müsabiqəsinin qalibi olmuş I mükafatın sahibi dramaturq-filosof Firuz Mustafa may ayının 3-də Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı olub.

"Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həmçinin "Xəzər”li tələbələr Səidə CabarovaNərmin Ələkbərova tanınmış yazarın çoxşaxəli yaradıcılığından danışıblar. 

Sonra tələbələrin suallarını cavablandıran yazar öyrənciləri yaradıcılıq laboratoriyası ilə, pyeslərində etdiyi yeniliklərlə yaxından tanış etdi, maraqlı nümunələr misal gətirməklə dramaturgiyanın fəlsəfəsindən söz açıb. Görüşün sonunda hörmətli qonaq "Ölü dildə sevgi məktubları” kitabını "Yaradıcı yazı” fənninin kitabxanasına bağışlayıb.