Ekonomiks 20:26 17.04.2019

“Fitch Ratings”: Azərbaycanda dollarlaşma hələ də yüksəkdir

Azərbaycanın bank sektoru sabitləşsə də, hələ də yüksək səviyyədə olan dollarlaşma bankları yerli valyutanın qiymətdən düşməsinə həssas yanaşmağa məcbur edir.

ONA-nın "Fitch Ratings”ə istinadən verdiyi məlumata görə, 2018-ci ilin sonunda xarici valyutada olan kreditlər ümumi kreditlərin 38%-ni təşkil edib. Bu rəqəm bankların möhkəm sığortası nəticəsində 2015-ci ilin sonunda baş vermiş manatın devalvasiyasından bəri 49%-dən aşağı düşüb. Həmin dövr ərzində depozitlər 82%-dən 65%-dək azalıb. Mövcud tənzimləyici xalis açıq xarici valyuta mövqeyi 2017-ci ilin sonunda 1,4 milyard dollar səviyyəsindən 2018-ci ilin sonunda 0,9 milyard dollar səviyyəsinə yüksəlib.