Maqazin 17:20 28.08.2019

Flora Kərimova jurnalisti məhkəməyə verir

Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

Vəkil İlkin Ağazadənin "Qafqazinfo”ya verdiyi məlumata görə, 2 sentyabr 17.00-da  Binəqədi Rayon Məhkəməsində Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə Xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Ülviyyə Alovlu)  qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.

Xatırladaq ki, tərəflər arasında gərginlik Xalq artistinin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan 3 qızın videosuna reaksiyası olub.  

Ü. Alovlu sənətçinin reaksiyasını sərt bir şəkildə tənqid etmişdi.