Maqazin 12:20 30.10.2014

Flora Kərimova “Yağışı”a düşəcək


Gənc bəstəkar Tural Bayraməliyevin yeni mahnısına klip də çəkiləcək

Mahnıları sevilən və geniş publika tərəfindən dinlənilən bəstəkar Tural Bayraməliyevin söz və musiqisi özünə məxsus yeni bəstəni xalq artısti Flora Kərimova səsləndirəcək.

Bəstəkarın Qaynar.info-ya bildirdiyinə görə, yeni nəğmə “Yağış” adlanır. Hazırlıq prosesini Türkiyədə, Sezen Aksu, Tarkan, Sertab Erener kimi türkiyləli məhşurların çalışdığı studiyada və eyni tərkibli heyətin iştirakı ilə keçən “Yağış”ın tezliklə klipi də ərsəyə gətiriləcək.

“Mahnı və klip eyni zamanda təqdim ediləcək. Bu, noyabr ayının ortalarına nəzərdə tututlub” – deyən Tural Bayraməliyev mahnı yaradıcılığında yeniliklərin davam edəcəyini sözünə əlavə etdi.

Qaynar.info