İdman 21:22 20.12.2013

Foqts FIFA-dan narazılıq etdi


"Mən hiss edirəm ki, bu komandanın çox gözəl perspektivləri var. Buna görə də mən və köməkçim Uli Ştayn burada daha iki il qalmağı qərar aldıq". 

Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.

AFFA-nın iki illik müqavilə imzaladığı mütəxəssis Almaniya mətbuatına açıqlamasında məqsədlərindən danışıb: "Qarşıdakı uzunmüddətli məqsədimiz, AVRO-2020-də iştirakdı. Axı Azərbaycan bu yarışın üç oyununu keçirilməsinə iddialıdı. Gənc oyunçular bu müddətə öz idman formasının zirvəsində olmalıdı. Bu, gənclik və təcrübənin vəhdəti olacaq ki, bu da, bizim son illərdə komanda ilə nail olmaq istədiyimizdi".
 
Alman çalışdırıcı AFFA prezidenti Rövnəq Abdullayevin istəyini açıqlayıb: "Mən komandanı tez-tez görmək, oyunçuları tez-tez toplamaq fikrindəyəm. AFFA prezidenti Rövnəq Abdullayev mənə dedi ki, komandada daha çox gənc və perspektivli oyunçu görmək istəyir".

Foqts FIFA-dan narazılıq edib. Buna səbəb, yığmanın yoldaşlıq oyunlarının sayının azaldılması qərarı olub: "Düşünürəm ki, bu qərar, kiçik futbol ölkələrinə zərər gətirir. Təsəvvür edin ki, biz martda yoldaşlıq oyunu keçirəcəyik və növbəti dəfə isə sentyabrda rəsmi oyunda meydana çıxacağıq. Yəni, yarım ildən sonra. Bu, istənilən məşqçi üçün çətindi".

Qaynar.info