İdman 13:33 05.12.2013

Foqts Ronaldonu seçdi


Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts “Qızıl top” uğrunda səsvermədə seçimini edib.

Virtualaz.org saytı xəbər verir ki, təcrübəli mütəxəssis birinci yerə “Real”ın portuqaliyalı ulduzu Kriştiano Ronaldonu layiq bilib. Alman məşqçi sonrakı yerlərdə müvafiq surətdə Filip Lam (“Bavariya”)  və Robert Levandovskini (“Borussiya”, Dortmund) göstərib.

Qeyd edək ki, FİFA-nın məşhur “Frans Futbol” nəşri ilə birgə keçirdiyi sorğuda 23 oyunçunun adı var. Qalib yığmaların baş məşqçiləri, kapitanları və jurnalistlərinin səsverməsi nəticəsində müəyyənləşir. “Qızıl top”u son 4 ildə “Barselona”nın argentinalı ulduzu Lionel Messi qazanıb. Nüfuzlu mükafatın yeni sahibinin adı gələn il yanvarın 13-də bəlli olacaq.

Qaynar.info