Dünya 18:07 22.04.2021

Forbes ən varlı rusiyalıları açıqladı: TOP 10-da azərbaycanlı da var

Rusiyanın "Forbes” nəşri ölkənin ən varlı iş adamlarının reytinqini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, illik siyahıya ilk dəfə "Severstal"ın sahibi Aleksey Mordaşov başçılıq edib. Onun sərvəti nəşr tərəfindən 29,1 milyard dollar (üstəgəl ildə 12 milyard dollar) qiymətləndirilib.

İkinci yeri keçənilki lider, "Norilsk Nikelin”in sahibi Vladimir Potanin (27 milyard dollar), üçüncü yeri isə Novolipetsk Metallurgiya Zavodunun sahibi Vladimir Lisin (26,2 milyard dollar) tutub.

İlk 10-da sonrakılar Vahid Ələkbərov, Leonid Mixelson və Gennadi Timçenko, Əlişir Usmanov, Andrey Melniçenko, Pavel Durov (ilk dəfə 17,2 milyard dollarla ilk onluğa daxil olub) və Süleyman Kərimovdur.

Qəzet qeyd edir ki, ən varlı rusiyalıların ümumi sərvəti pandemiyaya baxmayaraq, il ərzində artıb, ən yeni 200 nəfər isə 200 varlı rusiyalının sırasına daxil edilib. Bunlardan ən varlısı 10.6 milyard dollarla 17-ci yeri tutan keçmiş rabitə nazirinin müavini Denis Sverdlovdur.
 
Alpər