Texnologiya 22:35 28.10.2018

Ford 1,3 milyon avtomobilini geri çağırır

ABŞ-ın avtomobil nəhəngi Ford 1,3 milyon maşını geri çağırıb.

Qaynarinfo xəbər verir ki, qərar 2012-2018-ci illərdə istehsal edilmiş motor həcmi 2 l olan 4 silindirli avtomobillərə aid edilib. Texniki problem yanacaq sistemindədir. Şirkət avtomobil sahiblərinə yanacaq çənini azı yarıya qədər dolu saxlamağı məsləhət görüb. Hələlik heç bir qəza baş verməyib və nasazlıqlar 10 dekabra qədər həll ediləcək.

Gülşən