Son illərdə Formula-1 komandalarının dəyəri kəskin şəkildə artıb. Hətta 6 il əvvəl bu rəqəmlər indikindən bir neçə dəfə aşağı idi.
Qaynarinfo xəbər verir ki, "PlanetF1” portalının hesablamalarına görə, komandaların dəyəri onların maliyyə göstəriciləri, son müqavilələr, hesabatlar və analitik qiymətləndirmələr əsasında müəyyən edilib.
"Ferrari” liderdir
Məlumata görə, hazırda Formula-1 komandaları arasında ən yüksək dəyərə sahib olan komanda "Ferrari”dir.
Komandaların təxmini bazar dəyəri:
1. "Ferrari” – 7,1 milyard dollar
2. "Mercedes” – 6,4 milyard dollar
3. "McLaren” – 5,2 milyard dollar
4. "Red Bull” – 4,9 milyard dollar
5. "Aston Martin” – 3,3 milyard dollar
6. "Williams” – 2,6 milyard dollar
7. "Alpine” – 2,6 milyard dollar
8. "Audi” – 2,6 milyard dollar
9. "Racing Bulls” – 2,4 milyard dollar
10. "Haas” – 1,9 milyard dollar
Kəskin artımın səbəbi
2020-ci illə müqayisədə komandaların dəyərində ciddi artım qeydə alınıb. Məsələn, "Ferrari” həmin dövrdə təxminən 2 milyard dollar dəyərində idi, "McLaren” 740 milyon dollar, "Williams” isə cəmi 120 milyon dollar qiymətləndirilirdi.
Ekspertlərin fikrincə, artımın əsas səbəbləri Formula-1-də aparılan struktur islahatlar, "Concorde Agreement” razılaşması və büdcə limitlərinin tətbiqidir. Bu dəyişikliklər komandaların gəlirlərini sabitləşdirib və investisiya cəlbediciliyini artırıb.
Aydın
Şərhlər