Dünya 23:30 24.10.2020

Fransa Ankaradakı səfirini geri çağırdı

Fransa Ankaradakı səfirini geri çağırıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama verib.

Açıqlamada bildirilib ki, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrona qarşı səsləndirildiyi tənqidlərə görə verilib.

Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musa da Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.