Dünya 17:06 11.01.2019

Fransa İrana çağırış etdi: Dərhal dayandırın!

Fransa nüvə araşdırmalarını dayandırması üçün İrana çağırış edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Fransa XİN-in etdiyi çağırışda İranın nüvə fəaliyyətlərini tez bir zamanda dayandırması istənilib.

Fransa XİN-in sözçüsü Aqnes von der Mühll İranın nüvə çalışmalarının BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmədiyini bir daha vurğulayıb.