“Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lans”ın uğurlu çıxışı Fransa mətbuatının diqqətini çəkib. Qol.Az-ın xəbərinə görə, challenges.fr saytı “Land of fire Azerbaijan” formalı komandanın 13-cü turda öz meydanında “Kan”ı 2:1 hesabı ilə məğlub etməsini ötən həftənin on əsas idman hadisəsindən biri kimi dəyərləndirib.
Sıralamada “Lans”ın bu uğuru yeddi yerdədir.
Bununla bağlı jurnalist yazısında qeyd olunur ki, bu yay azərbaycanlı iş adamı Hafiz Məmmədov klubun səhmlərini alıb, bundan sonra komanda özünə gəlməyə başlayıb.
“Bu mövsüm “Lans”ın ev oyunlarına baxmaq insana çox böyük zövq verir. Düzdür, komandanın oyununda hər şey ideal deyil. Amma futbolçular əmzlə mübarizə aparırlar. Ötən şənbə günü “Lans”ın “Kan”a 2:1 ilə qalib gəldiyi “Felliks Bollar” stadionundakı oyunda əla atmosfer var idi. Azlıqda qalmasına baxmayaraq, qələbə qazanmağı bacardılar. Hazırda “Lans” turnir cədvəlində üçüncü pillədədir və birinci liqaya yüksəlmək üçün əla imkanları var” – deyə yazıda qeyd olunub.
Qaynar.info
Şərhlər