İdman 09:04 13.09.2020

Fransa polisi Konor Makqreqoru saxladı

UFC çempionu Konor Makqreqor Fransaya aid Korsika adasında polis tərəfindən saxlanılıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb irland döyüşçünün qeyri-etik davranışları olub. Makqreqor nümayişkaranə cinsi davranışda günahlandırılır. 

32 yaşlı irlandiyalı Korsika adasında tətildə olarkən onun barəsində sentyabrın 10-da polisə şikayət daxil olub. İttihamların digər təfərrüatları açıqlanmayıb.