Dünya 12:14 04.02.2019

Fransa referenduma hazırlaşır

Fransa prezidenti Emmanuel Makron may ayında referendum keçirməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, Fransa mediasının iddiasına görə 26 mayda keçiriləcək Avropa Parlament seçkiləri ilə birlikdə referendum səsverməsi də təşkil ediləcək. Referendumda millət vəkillərinin sayı, vəzifə müddəti, sosial-iqtisadi suallar veriləcək. İddia doğru çıxsa, bu, Fransa tarixində ilk belə referendum olacaq. 

Makronun bu addımla öz nüfuzunu bərpa etmək istədiyi, xalqı dinləyən prezident imici yaratmağa çalışdığı bildirilir. Fransa rəhbəri 2017-ci ilin may ayında xalqın 60%-i tərəfindən dəstəklənirdisə, ötən ilin dekabrında bu rəqəm 23%-ə düşüb. 2018-ci ilin noyabr ayından bəri təşkil edilən "Sarı jiletlilər" aksiyası Emmanuel Makronun nüfuz itirməsində böyük rol oynadı.

Gülşən