Dünya 10:20 01.02.2018

Fransa təqvimə "Erməni soyqırımını anma günü" əlavə edir

Fransa təqvimə "Erməni soyqırımını anma günü" əlavə edəcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, erməni təşkilatlarının illik tədbirində iştirak edən prezident Emmanuel Makron vədinə əməl edərək təqvimə belə bir günü əlavə edəcəyini bildirib. 

Türkiyəyə qarşı "milli azlıqlara təhlükə törətmə" ittihamı tələbini verən erməni lobbisinə Makron tərəfindən rədd cavabı verilib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla əlaqəyə əhəmiyyət verir. Erməni lobbisinin digər tələbi isə Makronun Dağlıq Qarabağa səfər etməsi olub. Makron Azərbaycan və Ermənistan arasında olan problem həll olandan sonra belə bir addım ata biləcəyini vurğulayıb.

Gülşən