Dünya 19:47 14.09.2018

Fransada qeyri-adi qalmaqal

Fransanın Lion şəhərində yerləşən "Émile Cohl" incəsənət məktəbi maraqlı qalmaqalla gündəmdədir.

Qaynarinfo xəbər verir ki, məktəb tələbələrinin kollektiv fotosunda çox mədəniyyətli imic yaratmaq məqsədilə ağdərili şəxslər arasına fotoşop proqramı vasitəsilə qaradərililər əlavə olunub.

Qeyd edək ki, məktəb reklam məqsədilə ABŞ şirkəti ilə razılaşıb və belə bir mənzərə ortaya çıxıb. Hadisənin orijinalının sosial şəbəkədə yayılmasından sonra ABŞ şirkəti addıma görə üzr istəyib. 

Gülşən