Dünya 15:16 08.07.2020

Fransadan pandemiyanın II dalğasıyla bağlı xəbərdarlıq: “Hazırlaşmalıyıq”

Koronavirusun yeni növü hələ də yayılmaqdadır. Mümkün yeni bir başlanğıc və hətta ikinci dalğa üçün hazırlaşmalıyıq. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Fransa Səhiyyə Nazirliyinin Baş Direktorluğunun rəhbəri Jerom Salomon "Figaro”ya verdiyi müsahibədə deyib.

"Biz bu ya başqa bir mövsümdə virusun özünü necə aparacağını bilmirik", - deyən Salomon pandemiyanın ikinci dalğası hadisəsinə hazırlaşmağın lazım olduğunu vurğulayıb. Bununla yanaşı, birinci dalğadan dərs götürmək və vəziyyətin inkişafını ən yaxşı şəkildə proqnozlaşdırmaq lazımdır, deyə nazir əlavə edib və ayrıca, ciddi gigiyena, fiziki məsafə gözləməyə, maska taxmağı da çağırış edib.

Son məlumatlara görə, dünyada 11,9 milyondan çox insan koronavirusa yoluxub, 547 mindən çoxu ölüb.
 
Alpər