Xəbər lenti

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır
Siyasət 12:41 23.12.2024

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Vüqar Quliyev iş üzrə hakim təyin edilib. 

Martın Ryan ötən ilin dekbarında Bakı həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittiham irəli sürülüb. 

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.

Martın Ryanla yanaşı Azərbaycan vətəndaşı Azad Məmmədli də eyni ittihamla mühakimə olunacaq. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->