Dünya 13:14 09.03.2013

Fransua Olland: “İran bütün dünya üçün təhlükəlidir”

“İranın nüvə silahı əldə etməsinə mane olmaq məsələsində yalnız İsrail deyil, bütün dünya ictimaiyyəti məsuliyyət daşıyır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland bildirib.

Onun sözlərinə görə, İran yalnız İsrail üçün deyil, Körfəz ölkələri (Fars), Avropa və bütün dünya üçün təhlükəlidir: “Hələ də təhlükəli bir oyun oynamaqda olan İran dünya ictimaiyyətinin ona tanıdığı son fürsəti də itirə bilər”.

Qaynar.info