Dünya 18:53 11.09.2018

FSB yeni bir kibernetika mərkəzi yaratdı

Rusiyanın Təhlükəsizlik Xidməti olan FSB əsas infrastrukturlara kiberhücumlarla bağlı yeni qurum yaradıb.

Qaynarinfo lenta.ru-ya istinadən xəbər verir ki, yeni qurum Kompüter hadisələrinin Milli Koordinasiya Mərkəzi adlanır.

Mərkəzə Federal Təhlükəsizlik Xidmətinin İnformasiya Müdafiəsi və Xüsusi Əlaqə Mərkəzinin rəhbəri Andrey İvaşko rəhbərlik edəcək.

Burada müxtəlif infrastrukturlara edilən kiberhücumlarla bağlı məlumatlar toplanacaq, araşdırılacaq və qarşısının alınması yolları tapılacaq.

Qeyd edək ki, daha əvvəl kibercinayətkarlıqla məşğul olan FSB-nin İnformasiya Təhlükəsizliyi mərkəzinin sabiq rəhbərləri xəyanətdə ittiham olunmuş və barələrində araşdırma aparıldıqdan sonra işdən çıxarılmışdılar.