Braziliyanın "Flamenqo" klubunun bazasında yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, Rio-de-Janeryodakı bazada baş verən yanğında 10 nəfər həlak olub, 3 nəfər ağır yanıq xəsarətləri alıb.
Məlumata görə, yanğın gənc futbolçuların qaldığı bazada baş verib. Ölənlərin 14-17 yaşlı futbolçular olduğu bildirilir.
Komandanın əsas heyətinin üzvləri digər bazada qalır.
Qeyd edək ki, "Flamenqo" Braziliyanın köklü klublarındandı.
Şərhlər