İdman 14:47 07.05.2013

Futbol meydançası məzarlığa çevrildi - ŞOK

İtaliya ikinci divizionunda mübarizə aparan və üçüncü diviziona düşmək təhlükəsi ilə qarşı-qarşı qalan "Askoli" klubunun azarkeşləri dünya futbolunda görünməyən bir aksiyaya imza atıblar. 

Qaynar.info-nun məlumatına görə, klublarının üçüncü dizizionuna düşməsinə dözə bilməyən azarkeşlər "Askoli"nin məşq meydanı olan "Citta Ascoli" stadionuna girərək, xristian dinində baş daşlarına qoyulan 11 ədəd xaç basdırıblar. 

Bununla yanaşı azarkeşlər stadionun ətrafına "Səbrimiz tükəndi. Ya liqada qalın, ya da şiddətə hazır olun" yazılmış plakatlar asıblar. 

Son 6 oyunda məğlub olan "Askoli" oyunçuları qəribə aksiyaya çox təəccübləniblər. 

Klub rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qaynar.info