İdman 21:40 08.10.2017

Futbol tarixinin ən böyük təklifi Messiyə gəldi: 400 milyon...

"Mançester Siti" Lionel Messini transfer etmək istəyir. "Qaynarinfo" xəbər verir ki, İngiltərə klubu bu keçidi həll etmək üçün futbol tarixinin ən böyük məbləğini ödəmək niyyətindədi.

İddialara görə, "Mançester Siti" Messi üçün 400 milyon avro ödəməyə hazırdı. Artıq transfer təklifi və futbolçuya təqdim olunacaq müqavilə hazırlanıb.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Argentinalı futbolçu klubun yeni müqavilə təklifini hələ qəbul etməyib.

Aydın

Qaynarinfo.Az