İdman 20:00 21.10.2018

Futbolçu məşq vaxtı yatdığı üçün komandadan qovuldu

Kolumbiyanın "Deportes Tolima" futbol klubunun oyunçusu Andres Eskobar məşq zamanı yatdığı üçün komandadan xaric edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, futbolçu sərxoş olduğu üçün yuxuya qalıb və stadiona çıxmayıb. Tibbi yoxlanış zamanı 27 yaşlı futbolçunun qanında spirt olduğu müəyyən edilib.

Müqavilə ilə "Dinamo" klubuna məxsus olan Eskobar "Deportes Tolima"da icarə əsasında oynayıb və komandada olduğu müddətdə 8 oyun keçirsə də, bir qol belə vurmayıb.
 
Çingiz