İdman 11:24 20.11.2013

Futbolçu meydanda öldü - FOTO

Portuqaliya Üçüncü Liqasında çıxış edən "Turizense” klubunun futbolçusu Aleks Markes dünyasını dəyişib.


20 yaşlı müdafiəçi komandasının "Çarapinxeyrense" ilə keçirdiyi matçın 7-ci dəqiqəsində yerə yıxılaraq keçinib.

Milli.Az dailysport-a istinadən xəbər verir ki, səhhətində problemlər olan Markesin ürəktutmasından keçindiyi deyilir. Aleks "Porto” futbol məktəbinin yetirməsidi.
 
Bu "Turizense" klubunun tarixində ikinci futbolçu ölümüdür. 2005-ci ildə komandanın başqa bir üzvü - Mauro Qama yol qəzasında vəfat etmişdi.

Qaynar.info