Video 16:12 13.10.2018

Futbolçu oyun zamanı anasının ölüm xəbərini aldı (VİDEO)

İraq millisinin üzvü Bəşər Rasan oyun zamanı anasının ölüm xəbərini alıb.

Qaynarinfo xəbər verir ki, hadisə Argentina millisi ilə yoldaşlıq oyununda baş verib.

İraq millisinin məşqçiləri 70-ci dəqiqədə Bəşər Rasana anasının vəfat etdiyini bildiriblər və onu əvəzləyiblər. Futbolçu dərhal stadionu tərk edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında baş tutan oyunda Argentina 4:0 hesablı qələbə qazanıb.