Foto 15:54 25.06.2019

Futbolçu qəza törətdi: yeni evlənən cütlük öldü (FOTO/VİDEO)

"Sevilya”nın əvəzedici komandasının futbolçusu Xoao Malek ağır yol qəzası törədib.

Qaynarinfo xəbər verir ki, idarə etdiyi avtomobillə sürət həddini aşan 20 yaşlı futbolçu idarəetməni itirərək qarşıda gedən maşına çırpılıb.

Qəza nəticəsində həmin nəqliyyat vasitəsindəki yeni ailə quran cütlük həlak olub. Meksikalı futbolçunun spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşdiyi bildirilir.