İdman 10:16 20.05.2019

Futbolçu və azarkeşləri daşıyan qayıq batdı: 30 nəfər itkin düşdü

Uqandanın qərbində Albert gölündə 50 futbolçu və azarkeşi daşıyan qayıq batıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin "Daily Monitor" qəzeti məlumat yayıb. Fofodan Lunqaya futbol matçı üçün yola düşən qayıq sahildən 300 metr uzaqlaşandan sonra qəzaya uğrayıb. 20 nəfəri xilas etmək mümkün olub, digər 30 nəfər isə itkin düşüb. Həmin şəxslərin həlak olduğu güman edilir. 

Hadisəyə qeyri-sabit hava şəraiti və qayıqda həddindən çox sərnişinin səfər etməsi səbəb olub. 

Gülşən