İdman 16:30 02.04.2020

Futbolçulardan etiraz: Meydana maska və əlcəklə çıxdılar

Koronavirus səbəbindən dünyanın bütün ölkələrindən futbol yarışları dayandırılsa da, Nikaraquada hələ də çempionat davam etdirilir. 

Qaynarinfo xəbər verir ki, futbolçular çempionatın keçirilməsinə etiraz etsələr də, ölkənin futbol qurumu çempionatın dayandırılması ilə bağlı qərar vermir. 

Buna görə də futbolçular özünəməxsus şəkildə bu qərara etiraz ediblər. Belə ki, "Feretti" və "Dirianqen" komandalarının görüşündə "Diriamqen"in oyunçuları meydanan tibbi maska və əlcəkdə çıxıblar. Oyundan əvvəl çəkilən şəkil üçün də futbolçular bir-birilərinə məsafə saxlayaraq dayanıblar. Lakin təbii ki, oyuna maska və əlcəksiz çıxmalı olublar. 
 
Qeyd edək ki, hazırda dünyanın sadəcə 3 ölkəsində - Nikaraqua, Belarus və Burundidə futbol çempionatı davam etdirilir. 
 
Röya