İdman 23:12 20.01.2022

Futbolçuların icarə qaydalarında dəyişiklik

FIFA futbolçuların yeni icarə qaydalarını təsdiqləyib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, qaydalara edilən dəyişikliklər bu ilin iyulundan qüvvəyə minəcək.

Növbəti mövsümdən etibarən yazılı razılıq vacib icarə şərti sayılacaq. Müqavilə müddəti, maliyyə aspektləri və s. məqamlar nəzərə alınacaq. Minimum icarə müddəti iki transfer pəncərəsi arasındakı interval olacaq. İcarənin maksimal müddəti isə bir il olacaq.

Eyni klublar arasında icarəyə götürülən oyunçuların sayına məhdudiyyət qoyulacaq. Bir klub mövsüm ərzində digərindən üçdən çox oyunçu icarəyə götürə və ya heyətinə qata bilməz.