İdman 16:21 20.01.2022

Futbolçuya göstərilən sarı vərəqəyə görə araşdırmalar başladı

İngiltərə Premyer Liqasında mərclə bağlı "bilərəkdən sarı vərəqə" qalmaqalının araşdırılmasına start verilib.
 
Qaynarinfo xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası bu il Premyer Liqa matçlarının birində "Arsenal"ın futbolçusunun sarı vərəqəsini araşdırmaq qərarına gəlib.

Assosasiyanın sözügedən məsələ ilə bağlı belə addım atmasının səbəbi həmin sarı vərəqədən sonra "sarı vərəqə" mərci edənlərə ciddi gəlir gəlməsi olub.

Araşdırma davam etdiyindən İFA hələ ki, bununla bağlı detallı açıqlama verməyib.
 
Səbuhi Həsənov