Video 10:40 16.04.2019

Futbolda dəşhət anları: hər iki ayağı sındı (VİDEO)

Afrika Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) matçında dəhşətli hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşı ilə toqquşan qonaq komandanın qapıçısı Kərim Ndiayenin iki ayağı da qırılıb. Həmin vaxt "Vidad" 5-ci qola imza atsa da, rəqib qapıçının düşdüyü vəziyyətə görə sevinə bilməyiblər. Onun vəziyyəti bütün stadionu göz yaşlarına boğub.

Hər iki ayağı qırılan Kərim Ndiaye xəstəxanaya aparılaraq əməliyyat olunub. Qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Xoroya" klubu buna baxmayara onun mövsümün sonunda başa çatacaq müqaviləsini 3 illik uzadıb.