Xəbər lenti

İdman 13:02 22.11.2014

Futbolumuzun səviyyəsi: Əfqanıstan da Azərbaycanı qabaqladı! - REYTİNQ


FİFA-nın noyabrın 27-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidi. Apasport.az saytının məlumatına görə, bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib.
 
Hesabat dövründə həm seçmə, həm yoldaşlıq oyunu keçirən millilərdən fərqli, cəmi 1 matça çıxan Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində öz meydanında Norveçə 0:1 hesabı ilə uduzan komandamız 18 xal itirib. Bu itki 9 pillə geriləməklə nəticələnib.
 
Millimiz indi siyahıda 135-cı yerdədi. Tacikistanla şərik olan komandamız Yeni Zelandiya, Aruba, Əfqanıstan və Qvineya-Bissau kimi ölkələrdən də geri qalır. Burundi, Lixtenşteyn də millimizdən öndədi.
 
Millimiz və "qonşuları”

130 (155). Lixtenşteyn – 219
131 (132). Aruba - 218
131 (130). Qvineya-Bisau – 218
133 (134). Əfqanıstan – 216
135 (126). Azərbaycan – 215
135 (134). Tacikistan – 215
137 (148). KXDR – 211
138 (132). Qazaxıstan - 205
139 (136). Vyetnam – 199
140 (137). Myanma – 197
 
İlk "onluğ”un tərkibində də dəyişikliklər olmayıb. Yalnız Uruqvay iki pillə geriləyib ki, bunun da sayəsində Portuqaliya ilə İspaniya 1 addım irəliləyib.

İlk "onluq”


1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (9). Portuqaliya - 1160
9 (10). İspaniya - 1142
10 (8). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən ikisi irəli, üçü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.
 
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu


11 (11). İtaliya – 1103
19 (14). Xorvatiya – 946
66 (59). Bolqarıstan - 506
67 (68). Norveç - 500
135 (126). AZƏRBAYCAN – 215
147 (157). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 604 xalla 48-cıdi. "Ay-ulduzlular” 2 pillə geriləyib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->